Yel Universiteti

Yel Universiteti
Yale University
Loqonun şəkli
Əsası qoyulub 1701
Tələbə sayı 14.429[1], 12.336[2], 5.477[2], 6.859[2]
Ölkə
Sayt yale.edu
41°18′40″ şm. e. 72°55′36″ q. u.HGYO
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yel Universiteti (ing. Yale University) — ABŞ-nin ən məşhur universitetlərindən biri. Amerikanın ən qədim şəhərlərindən biri olan Nyu-Heyvendə yerləşir. Nyu-Heyven 125 min əhalisi olan liman şəhəridir, Nyu-Yorkdan 120 kilometr şimal-şərqdə və Bostondan 200 kilometr cənub-qərbdədir. Yel 1701-ci ildə yaradılıb, bura 12 bölmə daxildir: dörd illik bakalavr dərəcəsi verən Yel Kolleci; dəqiq, təbii və humanitar elmlər, eləcə də hüquqşünaslıq, tibb, biznes, ətraf mühitin mühafizəsi, ilahiyyat, memarlıq, musiqişünaslıq, rəssamlıq, aktyorluq və s. ixtisaslar üzrə aspiranturadır. Universitetin təməli olan Yel Kollecinin proqramı genişliyi və dərinliyi ilə seçilir. Hər il 65 kafedra tərəfindən 2000-dən çox kurs təklif edilir. Ənənəyə uyğun olaraq universitetin professor-müəllim heyəti tələbələrin təhsilinə xüsusi diqqət yetirir. Giriş fənlərinin çoxu əməkdar alimlər və professorlar tərəfindən aparılır.

  1. U.S. and Canadian 2022 NTSE Participating Institutions Listed by Fiscal Year 2022 Endowment Market Value, Change in Market Value from FY21 to FY22, and FY22 Endowment Market Values Per Full-time Equivalent Student (Excel) (ing.). National Association of College and University Business Officers, 2023.
  2. 1 2 3 Integrated Postsecondary Education Data System. 1992.
  3. 1 2 Global Research Identifier Database (ing.). 2015.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne